Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4708
az

ABŞ bütün dünyanı sanksiyalarla hədələdi

09:4924 Avqust, 2018
923
SİYASƏT
  • A
ABŞ Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına görə bütün dünyaya sanksiyaların tətbiqini istisna etmir.
Oxu24.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.
O həmçinin zenit-raket komplekslərinin Ankaraya çatdırılmasının mümkün sürətləndirilməsi ilə əlaqədar Vaşinqtonun narahat olduğunu qeyd edib.
“Əgər belə olsa, bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiqin S-400 komplekslərindən istifadə etməsi bizim siyasətimizə ziddir”, - Noyert deyib.
Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.
ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.
“Rosoboroneksport” S-400 üzrə müqavilənin icrasına 2019-cu ildə başlamağı planlaşdırır.
Türkiyədən başqa, Hindistan da tezliklə Rusiyadan S-400-ləri əldə edə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Paşinyan: Mümkün qədər tez...
Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ: