Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47048
az

Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)

18:2921 Yanvar, 2021
1855
SİYASƏT
  • A

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı ən köklü erməni lobbisi olan Erməni Milli Komitəsindən istifadə etməklə onun Türkiyəyə qarşı addımlar atmasına çalışır.

Oxu24.com Teleqraf.com-a istinadən xəbər verir ki, Baydenin inauqurasiya mərasimindən dərhal sonra Erməni Milli Komitəsi təbrik mesajı yayıb.

Çox sayda tələbin olduğu təbrik mesajında Erməni Milli Komitəsi ötən il baş verən qarşıdurmanın ardınca Ankara və Bakıya sanksiyalar tətbiq edilməsini istəyib.

Erməni Milli Komitəsinin Baydeni təbrik mesajında Türkiyə və Azərbaycanla bağlı bu fikirlər yer alıb:

"Qanunlar əsasında ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi (silah ixracı da daxil olmaqla) dayandırılmalıdır.

Əliyev və Ərdoğan "rejimin”ə Dağlıq Qarabağda baş verən insan haqlarını "pozması” səbəbindən sanksiyalar tətbiq edilməlidir.

Dövlət Departamenti, Pentaqon və Ədliyyə nazirlikləri Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparalarının ABŞ-dan alınan hissələri ilə bağlı araşdırma aparılmalıdır".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"
Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı