İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib.
Oxu24.com -un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İraq hökumətinə bağlı Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən yayılan yazılı açıqlamada Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib.
Türkiyənin İraqdakı səfir Fatih Yılmaz isə CNN Türk-ə bildirib ki, terrorun İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.
Terror aktı nəticəsində 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb.
Oxu24.com
ŞƏRHLƏR