Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47032
az

Yəhudi alimlərdən peyvəndlər haqqında ŞOK İDDİA

14:5021 Yanvar, 2021
1810
DÜNYA
  • A

“Pfizer/BioNTech” peyvəndinin ilk dozasının düşünüləndən daha az təsirli olduğu iddia edilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin koronavirusla mübarizə üzrə koordinatoru Naçman Aş tək doza “Pfizer/BioNTech” peyvəndinin ümid olunduğundan daha az qoruma təmin edə biləcəyini deyib.

“The Guardian”dakı xəbərlərə görə, infeksiyaya yoluxma sayındakı artım ölkənin inkişaf etmiş peyvənd proqramı ilə bağlı nikbinliyi azaldır.

İsrailin Tel Haşomerdəki Şeba Tibb Mərkəzi tərəfindən yayımlanan məlumatlarda isə bildirilib ki, ikinci doza “Pfizer” peyvəndi qəbul edənlərin antikorlarında 6-12 qat artım olub. İsrail Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Xidmətləri sədri Şeron Alroy-Preis bunun vaksinasiya olunmuş insanlarda virusa məruz qalmazdan əvvəl bədənlərində kifayət qədər antikorun olmaması ilə əlaqəli olduğunu açıqlayıb.

Qeyd edək ki, “Pfizer” peyvəndinin bir dozasının təxminən 52 faizinin təsirli olduğu bildirilir. İngiltərə kimi bəzi ölkələr ilk doza vurulan insan sayını artırmaq üçün peyvəndin ikinci dozasını tətbiq etməyi təxirə salıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin təyyarələri Tayvan yaxınlığında görünür
Amerika şirkətləri Rusiyada 1,2 milyard dollar ödəyib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib