Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47031
az

Dizellə bağlı VACİB XƏBƏR - Azalıb...

14:2521 Yanvar, 2021
1358
İQTİSADİYYAT
  • A

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,101 mlrd manat təşkil edib.

Oxu24.com -un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 3,6 % azdır.

Hesabat dövründə 1 mln 166,7 min ton həcmində avtomobil benzini, 2 mln 068,6 mln ton dizel yanacağı, 25,4 min ton sürtkü yağları, 375 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 0,5 %, neft bitumunun istehsalı 44,2 % artıb, sürtkü yağlarının istehsalı 28,7 %, dizel yanacağı istehsalı 0,6 %, azalıb.

2020-ci ildə ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 502,2 min ton ağ neft, 61,5 min ton yanacaq mazutu, 197 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 39,3 %, ağ neftin istehsalı 24,7 %, yanacaq mazutunun istehsalı 51,4 %, neft koksunun istehsalı 7,4 % azalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident     Fərman      imzaladı
“Azeri Light” bu gün neçəyə satılır?
Rusiya Bankı dollar və yuanın məzənnəsini qaldırıb