Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47024
az

Şuşaya getmək istəyənlərin nəzərinə – Avtobuslar bu rayonlardan çıxacaq + RƏSMİ

13:0721 Yanvar, 2021
1487
CƏMİYYƏT
  • A

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə deyib.

Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib:

"İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin”. ("Trend”)

Xatırladaq ki, Şuşaya Füzuli rayonu istiqamətindən 4 (bəzi yerlərdə 6) zolaqlı avtomagistralın ("Zəfər yolu”) çəkilişi işləri sürətlə davam edir. Cəmi iki aya yaxın vaxt ərzində yolun yatağı hazır vəziyyətə gətirilib və qrunt döşənib.

Bu günlərdə yol xidməti istifadə üçün tam hazır vəziyyətə gətirilib və nəticədə Şuşaya gediş-gəliş xeyli asanlaşıb. Böyük Tağlar, Çanaxçı, Sığnax və Daşaltı kəndlərindən keçən həmin yolla Prezident İlham Əliyev də Şuşaya səfər edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib- FOTOLAR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı