Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47020
az

Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır

12:1321 Yanvar, 2021
1266
CƏMİYYƏT
  • A

Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərinə avtobus reyslərinin açılması ilə bağlı işlərə başlanılıb.

Bunu  Oxu24.com-a  açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

"Daşıyıcıların müəyyən edilməsi üçün müsabiqənin keçirilməsimə dair əmr imzalanıb Müsabiqə Komissiyası yaradılıb. İlkin mərhələdə avtobus reysləri açılacaq bölgələrin də siyahısı məlumdur. Minadan təmizlənmiş ərazilərə gediş-gəlişə tam imkan verdikdən sonra sərnişin daşımaları həyata keçiriləcək.

İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə Gəncə, Beyləqan və Yevlaxdan sərnişinlər daşınacaq. Birinci mərhələdə, Horadiz, Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilana, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi gözlənilir.

Sərnişinlərin böyük istəyini nəzərə alaraq Şuşaya sərnişin daşınmanı I mərhələyə daxil etmişik", - o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan elminə ağır itki baş verdi
Cinayət işi açıldı
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu