Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
İsrail HƏMAS-a atəşkəs ultimatumu verib
Ukraynanın hər yerində hava hücumu təhlükəsi siqnalı səsləndi
Finlandiya Rusiya ilə sərhəd yaxınlığında qeyri-qanuni kəşfiyyat məlumatlarının aşkar edildiyini açıqlayıb
ABŞ əsgərləri  Nigerdə ​​rusların yerləşdirilməsinə görə döyüş hazırlığını artırdığını açıqlayıb
BÜTÜN XƏBƏRLƏR
46996
az

"Bu şəxslərin peyvənd olunmasına gərək yoxdur" - HƏKİMDƏN AÇIQLAMA

09:0521 Yanvar, 2021
1765
REDAKTORUN SEÇİMİ
  • A

"Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan verəcək”.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.

Covidə qarşı peyvəndlənmənin nə qədər effekt göstərəcəyi haqda həkim danışarkan bildirb ki, hazırda dünyada bir neçə koronavirus əleyhinə peyvənd var. Onlardan ən effetivi Çinə məxsus olan "Sinovac” peyvəndi hesab olunur:

"İstənilən infeksion xəstəliyin profilaktikasında, qorunmasında ən yaxşı vasitə peyvənddir. Koronavirus da infeksion xəstəlikdir. Hazırda dünyada bir neçə koronavirus əleyhinə peyvənd var. "Oxford-AstraZeneca ” şirkətinə məxsus peyvənd, "Moderna”, Pfayzer-Biontek ”, Rusiyanın "Sputnik” peyvəndi və Çinin "Sinovac” peyvəndi və s. Onlardan ən effetivi Çinə məxsus olan "Sinovac” peyvəndi hesab olunur. Onun effektivliyi 91-97 faiz arasındadır. Bu günə qədər COVİD əlehinə olan peyvəndlər içərisində "Sinovac” COVID-19 əleyhinə olan peyvəndlərdən fərqli olaraq canlıdan alınıb. Digər peyvəndlər isə viruslara məxsus olan DNT və RNT zəncirlərindən alınmış fraqmentlər əsasında və ya kombinasiya şəkilində hazırlanıb. Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan verəcək.

R.Nərimanın sözlərinə görə, bəzi xəstələr və xroniki xətəliyi olan şəxslər peyvənd oluna bilməyəcəklər:

"İstənilən peyvəndin olunmasında müyyən əks göstərişlər ola bilər. Bu əks göstərişlər mütləq və nisbi əks göstərişlər kimi 2 qrupa bölünür. Mütləq əks göstərişlər odur ki, heç bir halda o peyvəndi xəstəyə istifadə etmək olmaz, nisbi əks göstərişlərdə isə müyyən şərtlər daxilində peyvəndlərin istifadəsi yol verilən haldır. Ümumiyyətlə, qızdırmalı xəstəliklər zamanı, müəyyən xroniki xəstəlikləri olanlar, o cümlədən kəskinləşmə dövründə olan sistem xarakteri daşıyan birləşdirici toxmanın xəstəlikləri vaxtı, əvvəllər vurulmuş peyvəndlərə qarşı hər hansı bir allergik reaksiyanın və əlavə təsirlərin müşahidə olunması hallarında peyvəndlərin vurlması əks göstərişdir. Bunlardan başqa hər hansı bir zavodun istehsal etdiyi covid əleyhinə peyvəndə qarşı fərdi əks göstərişlər ola bilər. Belə hallarda həmin əks göstərişlər haqqında peyvəndi istehsal edən zavod məumat verir.

Həmçinin, həkim qeyd edib ki, infeksion xəstəlikdə əgər insan xəstələnib sağalırsa və ona qarşı immunitet formalaşırsa, onun peyvənd olunmasına gərək yoxdur:

"Covidlə xəstələnib sağalmış insanlara peyvəndin olunub olunmaması haqqında bu gün verilən qərar ondan ibarətdirki, həmin şəxslər hələlik peyvənd olunmasın. Ümumiyyətlə, infeksion xəstəlikdə əgər insan xəstələnib sağalırsa və ona qarşı immunitet formalaşırsa onun peyvənd olunmasına gərək yoxdur. Bir məsələ də var ki, müəyyən vaxtdan sonra infeksion xəstəliyə qarşı, məsələn, covidə qarşı formalaşmış immunitet itə bilər. Bunu da qanda olan immuncisimciklərlə müyyən etmək mümkündür. Əgər o immuncisimciklərin itməsi baş verirsə, o zaman həmin xəstəliyə qarşı peyvən olunmasına icazə verilə bilər. Yəni, insan covid-lə xəstələnib sağalıbsa, onun qanında covid əleyhinə immunoqlobulin M və immunoqlobulin G təyin olunur. Əgər immunoqlobulin G-nin miqdarı covidlə xəstələnməmiş insanlardakı səviyyəyə gəlib çatırsa, o zaman həmin şəxslərin covid əlehinə peyvənd olunmasına icazə verilə bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
Sabirabad rayonunda yeni təyinat olub
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi