Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46965
az

İran XİN başçısı Azərbaycana səfər edəcək

18:0020 Yanvar, 2021
1860
CƏMİYYƏT
  • A

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. 


Oxu24.com xəbər verir ki, bu barədə M.Zərif İran Nazirlər Kabinetinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 


"Gələn həftə planlarımız yaxşı gedərsə və koronavirus testimizin cavabı neqativ çıxarsa, Qafqaza və Rusiyaya səfər etməyi düşünürəm" deyən İran XİN başçısı bildirib ki, səfərlərin tarixləri artıq müəyyənləşib.


Onun sözlərinə görə, Türkiyə ilə də danışıqlar aparılır: "Dünən gecə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə səmərəli telefon danışığım oldu".


"Fikrim budur ki, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər edim”,-deyə Cavad Zərif əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq