Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46947
az

Peyvənd olunanlar ölür? - Dezinformasiya, yoxsa gerçək...

14:2420 Yanvar, 2021
1969
TİBB
  • A

"Bir neçə gün əvvəl mətbuatda Norveçdə peyvənd vurulduqdan sonra 23 nəfərin ölməsi ilə bağlı məlumatlar paylaşıldı. Lakin xəbəri diqqətlə oxuyanda görüdük ki, həmin 13 nəfərin yaşı 80-dən yuxarı olub və çox ağır xəstəliklərdən əziyyət çəkiblər".

Bu sözləri Redaktor.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev peyvənd olunan şəxslərin dünyasının dəyişməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O, vaksin vurulduqdan sonra insanlarda yaranan allergik və s. neqativ halların olması ilə bağlı qeyri-dəqiq materialların tirajlanmasının tərəfdarı olmadığını bildirib:

"Braziliyada peyvəndlərlə bağlı elmi tədqiqatın son fazasında bir nəfər ölmüşdü. Bütün dünya mediası yazdı, çox ciddi problemlər yarandı və həmin tədqiqat dayandı. Sonra elmi şəkildə sübut olundu ki, ölən adam peyvəndlə bağlı tədqiqatda iştirak edib, amma peyvənd olunmayıb. Ölüm səbəbi isə başqadır.

Amma medianın belə xəbərləri tirajlaması nəticəsində tədqiqat da dayandı, insanlarda da lazımsız şübhələr oyandı. Həmçinin, bir neçə gün əvvəl mətbuatda Norveçdə peyvənd vurulduqdan sonra 23 nəfərin ölməsi ilə bağlı məlumatlar paylaşıldı.

Lakin xəbəri diqqətlə oxuyanda gördük ki, həmin 13 nəfərin yaşı 80-dən yuxarı olub və çox ağır xəstəliklərdən əziyyət çəkiblər. Peyvənddən sonrakı yüngül qızdırma və ürəkbulanma yaşlı adamların vəziyyətini bir az da ağırlaşdırıb.

Amma bu onu deməyə əsas vermir ki, həmin şəxslər peyvənddən ölüb. Bu barədə hələ heç bir elmi sübut yoxdur. Ona görə də bu cür materialların yayılmasında çox ehtiyatlı olmaq lazımdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var