Son aylar sürücülərə texniki baxışın bitməsinə görə 50 manat cərimə yazılır.
Avtomobildə texniki baxış müddəti başa çatdığı zaman sürücüyə 20 gün müddətinə cərimə yazıla bilməz.
Bu "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsində qeyd olunub. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır.
Oxu24.com axar.az-a istinadla xəbər verir ki,nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Oxu24.com
ŞƏRHLƏR