Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46898
az

Ohanyan: “Şuşada itkilərimiz çox oldu”

20:2619 Yanvar, 2021
2743
  • A

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan "Azadlıq" radiosuna verdiyi müsahibədə Şuşa şəhərinin iki səbəbə görə itirildiyini açıqlayıb.

Oxu24.com  xəbər verir ki, o, əvvəlcə idarəetmə səviyyəsinin aşağı olduğunu deyib. İkinci səbəb kimi isə həmin vaxt Şuşa istiqamətində düzgün əlaqə qurmaq üçün ilkin nəzarət nöqtəsinin olmamasını göstərib.

"Məsləhət verdim, amma qulaq asan lazım idi. Doğru taktika seçildiyi yerlərdə mühəndis quruluşları yaxşı idi. Nizam-intizamın güclü olmadığı nöqtələrdə mühəndis qurğularını düzgün təşkil etmədilər. Orada çoxlu itkilərimiz oldu. Yaxşı intizam olsaydı, məğlubiyyətlərimizin demək olar ki, yarısı olmazdı”.

Ohanyan, həmçinin müharibənin ilk günlərində dayandırılması ehtimalından da söz açıb:

"Sentyabrın 28-dən 29-a keçən gecə Qarabağda müdafiə ordusunun komandanlıq postunda idim. 30 sentyabrda hərbi-siyasi vəziyyəti qısa təhlil etdim və müvafiq təkliflər verdim. "Artsax” (Qarabağda olmuş qondarma rejim-red) və Ermənistan rəhbərliklərinin danışıqlar prosesini bərpa etmək və müdafiə ordusunun hərtərəfli gücləndirilməsini təmin etmək üçün qəti tədbirlər görmələri lazım olduğunu qeyd etdim. Əlbəttə ki, həmin vaxtı döyüşlər dayandırılsaydı, müharibənin gedişi fərqli olardı. Məlum 5 + 2 formatı ilə bağlı danışıqlar prosesi elə qurulacaqdı ki, bizim faydalı qərarlar qəbul etmə fürsətimiz olacaqdı". (Azvizion.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı