Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46851
az

Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB-dən cavab

11:4419 Yanvar, 2021
3108
CƏMİYYƏT
  • A

Azərbaycan vətəndaşlarının xarici ölkəyə səfəri zamanı şəxsdən COVİD-19-a qarşı peyvənd olunması barədə təsdiqedici sənədin istənilib-istənilməyəcəyinə, peyvənd olunmamağın xaricə səfər etmədə hər hansı əngəl yaradıb-yaratmayacağına aydınlıq gətirilib.

TƏBİB-dən Milli.Az-ın sorğusuna cavab olaraq, bildirilib ki, bununla bağlı dünya ölkələrinin rəsmi rəyi yoxdur. Azərbaycanda keçirilən vaksinasiya prosesində peyvənd olunan hər kəs elektron formada mütləq qeydiyyata alınacaq:

"Onlara verilən məlumat kitabçalarında neçə gün sonra gəlməlidir, hansı xəstəxanaya yaxınlaşmalıdır, vaksinasiyadan sonra hansı təsirlər ola bilər və sair kimi əlavə məlumatlar da veriləcək. Gələcəkdə əgər vətəndaşın xarici ölkəyə səfəri etməsi zamanı hər hansısa məhdudiyyətlər tətbiq olunarsa, həmin şəxsin peyvənd olunduğu haqda təsdiqedici sənəd veriləcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq