Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Ağdam rayonunu minalardan təmizləmək üçün əlavə minatəmizləyənlər qrupu göndərib.
Virtualaz.org bildirir ki, məlumatı Rusiya FHN-in saytı yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexniki vasitələr olan “İl-76” təyyarəsi Azərbaycan Respublikasının Gəncə şəhərinə uçub.
Mütəxəssislər humanitar missiya çərçivəsində Ağdam rayonunda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirən nazirlik qrupunu tamamlayacaqlar”, - deyə məlumatda vurğulanıb.
Qrupun tərkibinə “Lider” və Noginsk Xilasetmə Mərkəzinin mütəxəssisləri daxildir. Onlarla birlikdə robototexnika kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün nəqliyyat vasitələri də gətirilir.
Oxu24.com
ŞƏRHLƏR