Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46780
az

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - SON DƏQİQƏ

10:4718 Yanvar, 2021
2920
SON DƏQİQƏ
  • A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.

Oxu24.com  xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Təcrübəli kapitan, Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi Elxan İslam oğlu Hacıyev yanvarın 17-də 59 yaşında vəfat edib.

Elxan Hacıyev 1961-ci il avqustun 3-də Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib.

Dənizçilik fəaliyyətinə 1983-cü ildə matros kimi başlayıb. Sonralar Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif gəmilərində kapitanın üçüncü, ikinci, böyük köməkçisi olub.

2006-ci ildən səfərlərə kapitan kimi çıxıb, sonra bir müddət təlimatçı kapitan işləyib. 2015-ci ildən Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi təyin olunub.

Elxan Hacıyev işlədiyi illərdə həmişə bacarığı, peşəkarlığı ilə seçilib. Onun fədakar əməyi yüksək qiymətləndirilib. “Tərəqqi” medalı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı