Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46705
az

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Meteohəssas insanlarda narahatlıq hissi olacaq

13:3517 Yanvar, 2021
2131
SON DƏQİQƏ
  • A

Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Oxu24.com -un verdiyi məlumata görə,  yanvarın 18-də  Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif  duman olacaq.

Mülayim cənub  küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-7, gündüz  8-10, Bakıda gecə 4-6, gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Yanvarın 18-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə isti, gündüz  8-12 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında gün ərzində atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyda dəhşət yaşadndı: Terrorçular məhv edildi
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI
"Bandotdel" əməliyyat keçirib: Sayt rəhbərləri tutulub


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı