Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb.
Tarif Şurasından daxil olan məlumata görə, Aİ 92 markalı benzininı qiymətı dəyişdirilməyib və yayılan xəbərlər həqiqətə uyğun deyil.
Həmin mənbənin verdiyi məlumata görə, 92 markalı benzinin dəyərində hər hansı artım nəzərdə tutulmayıb.
Avqustun 19-da axşam saatlarında Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub. Oxu24.com
ŞƏRHLƏR