Erməni mətbuatının yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Moskvada Azərbaycan diplomatik nömrəsi olan avtomobildə gəlmiş qadınla görüşüb.
Mediaport teleqram-kanalda dərc olunan məlumatda deyiilir: "Anna Akopyan Moskvada gizli şəkildə bir qadınla görüşüb. Azərbaycan diplomatik nömrəsi olan maşını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müşayiət ediblər”.
Görüşün Rublevo-Uspenski şossesində yerləşən "Çarskaya oxota” restoranında keçirildiyi bildirilir.
("Hürriyyət” qəzeti)
Oxu24.com
ŞƏRHLƏR