Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46678
az

Manukyan SİRLƏRİ AÇDI: "Ən azı 2-3 il vaxt lazımdır..."

00:5517 Yanvar, 2021
4405
DÜNYA
  • A

"Ermənistan ordusunun bərpa olunmasına ən azı 2-3 il vaxt lazımdır, amma bu vaxt ərzində hərbi əməliyyatlara gedəcək axmaq tapılmayacaq".

Publika.az “news.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Vətənin qurtuluşu üzrə Hərəkatından ölkənin baş naziri vəzifəsinə namizəd Vazgen Manukyan deyib.

"Bəzən deyirlər: əgər Nikol Paşinyan vəzifədən getsə, başqaları gəlsə, müharibə yenidən başlayacaq. Xeyr, belə ordu ilə kim müharibəyə başlayacaq?”, - o deyib.

Vazgen Manukyan bildirib ki, Ermənistan orduya malik olmalıdır, bunsuz dövlət ola bilməz.

Onun sözlərinə görə, rəsmi Yerevan son zamanlar Rusiya, Çin və İranla bağlı yanlış diplomatik siyasət yürüdüb. "Bütün bunlar ABŞ-ın xoşuna gəlmək üçün hazırlanırdı, bəs biz nəticədə nə əldə etdik? Heç nə, hər şey itirildi, yad oyunun oyuncağı oldu”.

Vazgen Manukyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır. Ona görə ki, siyasi riyaziyyat bunu tələb edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi