Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46665
az

Uşağa öz anası deyil, başqa qadın süd verərsə, hansı məsələlərə diqqətli yanaşmaq lazımdır?

22:3416 Yanvar, 2021
2195
CƏMİYYƏT
  • A

Ananın öz övladına süd verməsi həm dini cəhətdən savabdır, həm də ananın və uşağın sağlamlığı baxımından faydalıdır. Lakin hər hansı səbəb üzündən ananın uşağa süd verməməsi və uşağı əmizdirmək üçün başqa qadını muzdla tutması icazəlidir. Uşaq üçün süd anasını seçərkən bəzi məsələlərə diqqət yetirmək tövsiyə olunur. Əvvəla, süd anası əxlaqlı, iffətli qadın olmalıdır. Çünki süd vasitəsilə onun bəzi xasiyyətlərinin də uşağa keçməsi mümkündür. Süd anasının dindar, halal-harama riayət edən, haram tikə yeməyən olmasına da diqqət yetirmək məsləhətdir. Eləcə də, yaxşı olar ki, həmin qadının daha hansı uşaqlara süd verdiyi öyrənilsin. Çünki bəzi şərtlər daxilində eyni qadından süd içən uşaqlar süd qardaşı və bacısı sayılırlar, onların arasında məhrəmlik yaranır. Gələcəkdə bu məhrəmliyin günaha səbəb olmaması, yəni məsələn, süd bacı-qardaşların bilməməzlik üzündən evlənməməsi üçün vaxtənda bu məsələlərə diqqət yetirmək tövsiyə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq