Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46635
az

Əliyev Şuşaya niyə getdi? – Korotçenkodan mühüm şərh

18:3916 Yanvar, 2021
2865
SİYASƏT
  • A

İlham Əliyev, şübhəsiz ki, müasir dövrün görkəmli siyasətçisidir. Söz verdiyi hər şeyi A-dan Z-yə qədər etdi. İşğal edilmiş torpaqları azad etdi, işğalçıları darmadağın edərək qovdu.

Oxu24.com  xəbər verir ki, bunu məşhur rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında yazıb.

"İlham Əliyevin Şuşaya səfəri əlamətdar və çox əhəmiyyətli, bir çox cəhətdən rəmzi səfərdir. Bu, təkcə Prezidentin deyil, Ali Baş Komandanın səfəridir.

Çünki 44 günlük müharibənin əsas məqamlarından biri olan Şuşanın işğaldan azad edilməsi Ermənistan ordusunun müqavimətini dayandırdı və İrəvan təslim oldu.

Şuşa şəhərinin azad edilməsi əməliyyatı Azərbaycanın ən mühüm hərbi uğurudur, hərbi strategiyasının təntənəsidir. Şəhər dağ-meşəlik ərazilərdən keçən və şiddətli əlbəyaxa döyüşləri ilə erməni qüvvələrini darmadağın edən Azərbaycan Silahlı Qüvvələrinin xüsusi dəstələri tərəfindən azad olundu. Bütün müasir standartlara görə bu görkəmli hərbi əməliyyat hələ də öz tarixçilərini gözləyir”, - o qeyd edib. (Axara.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN: Azərbaycan və Ermənistan razılıq əldə etdi -FOTO/YENİLƏNDİ
İstanbulda Azərbaycanla Ermənistan arasında sülh danışıqları keçirilir
Prezident onlarla bağlı sərəncam imzaladı - SİYAHI

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı