Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4663
az

Qonşuları “Toppuş bacını” “öldürdülər”

18:1121 Avqust, 2018
1033
ŞOU-BİZNES
  • A
  Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb.
"Oxu24.com" Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir.

Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib.

O, “30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi”, - deyə yazıb.

Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür.

Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib.

Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mənzurənin əməliyyatı UĞURSUZ ALINDI: "Deyib ki, 6 ay məni narahat etmə"
Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı
"Özümü badam göz etdirdiyim üçün peşmanam" - VİDEO