Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46608
az

Xocalıda Ərdoğanla şəklini yanaşı görən Prezident görün nə dedi  -  TARİXİ VİDEO

12:2016 Yanvar, 2021
34409
ÖZƏL BÖLÜM
  • A

“Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb”.

Oxu24.com -un  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Xocalı rayonunun Sığnaq kəndindən keçərkən deyib.

Prezident İlham Əliyev yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə asılan fotolarına da diqqət yetirib: “İki qardaş”.

Dövlət başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: “Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa.

Xocalı rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə, həm sol tərəfdə. Hər tərəf yaşıl, dağlar meşələr. Dağların başında qar, hava da günəşlidir. Qabaqda da çox gözəl mənzərə açılır. Şuşaya yaxınlaşırıq. Bax, necə də gözəl, Şuşaya çatırıq.

Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da günəş bizi müşayiət edir. Bu da təbiidir. Təbiət də bizi alqışlayır”.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL