Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ucuz qiymətə özəlləşdirdiyi keçmiş "Kitab passajı”nı neçəyə satışa təqdim etdiyi məlum olub.
Oxu24.com xəbər verir ki, Ə.Həsənov sözügedən obyekti 3 milyon manata təklif edib. Hazırda bəzi şəxslərlə bu iqtisamətdə danışıqlar getsə də, konkret alıcının hələlik olmadığı qeyd edilir.
Şəhərin mərkəzində, Fontanlar bağının yanında, Nigar Rəfibəyli küçəsi-14 ünvanında yerləşən məşhur "Kitab passajı” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılıb və tarixi əhəmiyyət daşıyır. Lakin Əli Həsənov oranı yaxınlarının adına simvolik qiymətə özəlləşdirib və təyinatını dəyişib.
Qeyd edək ki, ötən gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib. Onun işlətdiyi vəzifə cinayətləri sırasında Əli Həsənova məxsus obyekti Fondun maraqlarına zidd olaraq çox yüksək məbləğə icarəyə götürməsi və nəticədə 9 il ərzində ora 812 min manat ödədiyi də üzə çıxıb.
V.Səfərlinin Ə.Həsənovun himayəsi altında çalışdığını xatırladanlar isə Ə.Həsənovun məhz indiki ərəfədə obyektlərini təcili satışa çıxarmasını təsadüfü saymırlar.(Axar.az)
Oxu24.com
ŞƏRHLƏR