Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4659
az

"Benzinin qiymətinin qalxmasında heç bir qəbahət yoxdur" — Deputatdan açıqlama

13:4921 Avqust, 2018
1177
SİYASƏT
  • A
 "Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxmasına normal baxmaq lazımdır. Bu, dünyada gedən proseslərlə əlaqəlidir".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "Qasid"  firmasının prezidenti Mirkazım Kazımov bildirib.

M.Kazımov deyib ki, Azərbaycan müstəqil respublikadır:
"Digər tərəfdən isə Azərbaycanda Tarif Şurası var. Bu məsələlərə də bu qurum baxır. Əgər Tarif Şurası lazım bilirsə, qiyməti qaldırır. Burada heç bir qəbahət yoxdur. Bir daha deyirəm ki, Azərbaycan müstəqil dövlətdir və onun öz qanunları var. Ona görə də Azərbaycan dövləti lazım bildiyi vaxt qiyməti qaldıra və ya aşağı sala bilər. Bu da normal bir şeydir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi