Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46587
az

“Ət yemir, meyvə-tərəvəzlə qidalanır” - Azərbaycanın ən yaşlı pensiyaçısı

23:2715 Yanvar, 2021
3809
MARAQLI
  • A

Azərbaycanda ən yaşlı qadın pensiyaçının 130 yaşı var. 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı hazırda Lənkəran şəhərində yaşayır.

BAKU.WS xəbər verir ki, Tamam Əzizovanın oğlu Qardaşxan Əzizli Azvision.az-a açıqlamasında bildirib ki, anasının 8 nəvəsi, 5-dən çox nəticəsi var.
"Anam Lerik rayonunun Tikəband kəndində anadan olub. Cəlilabad rayonuna gəlin köçüb. Orada ona pasport vermişdilər. Bizə danışırdı ki, o vaxtlar boya, üzə baxıb yaş təyin edirdilər. Anamın 8 övladı olub, onlardan 4-ü sağ qalıb, 3 oğlan, bir qız. Ən böyük övladının 72, kiçik övladının 62 yaşı var.

Anamgil də ailədə 8 nəfər olublar. Anam evin ikinci övladı olub. Onun uzunömürlü olması çox çalışqan, cəld olması ilə əlaqədardır. Gündə iki dəfə qidalanır, oruc tutur, ət yeməklərini yemir. Əsasən meyvə və tərəvəzlərlə qidalanır. Ədəbiyyatı çox sevir, çox şeirlər bilirdi. Anam yayda yıxıldı, çox şeyi unudub. Bacımın köməkliyi ilə gəzir. Məmməd Arazla Bakıda görüşüb. Məmməd Araz Lənkəranda evinə gəlib, qonaq olmuşdu.

Q.Əzizlinin sözlərinə görə, Tamam nənə Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin çıxışlarını diqqətlə dinləyərdi.

“Hər rayon azad olunanda deyirdi ki, pensiyamın yarısını kimsəsizlərə muştuluq kimi paylayın. Kəlbəcər azad olunanda pensiyasını kimsəsizlərə verdi, qurban kəsdi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Zebralar niyə bir-birlərinə baş yelləyirlər?
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb