Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46536
az

"Başağrısı, halsızlıq..." - Peyvənddən sonra orqanizmdə hansı dəyişikliklər ola bilər?

16:5515 Yanvar, 2021
2767
TİBB
  • A

"Koronavirus peyvəndi vurulan şəxslərin əksəriyyəti koronavirusa təkrar yoluxmayacaq, yoluxanlarda isə yüngül simptomlar hiss ediləcək".


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev bildirib. A.Əliyev peyvənd olunmuş şəxslərin koronavirusa yoluxmasının səbəblərini açıqlayıb:

"Vaksindən sonra insanda müəyyən immunitet yaranır. Ola bilsin, bəzi insanlarda yaranan immunitet bir qədər zəifdir. Bu o deməkdir ki, orqanizmdə virusa qarşı zülallar yaranır. Bundan sonrakı mərhələdə peyvənd olunmuş şəxsin orqanizminə xəstə insandan aktiv viruslar düşsə belə onda xəstəlik yaranmır. Yəni, aktiv zülallar virusu öldürür. Amma o şəxslərdə ki, immunitet zəif formalaşıb, onlar koronavirusa yoluxsalar ən pis halda yüngül halsızlıq, baş ağrısı hiss edə bilərlər.

Koronavirusa xas olan iybilmə və dabilmənin getməsi isə peyvənd olunan bu şəxslərdə çox cüzi şəkildə hiss olunacaq. Yəni, indi aktiv xəstədəki əlamətlər peyvənd olunmuş şəxslərdə özünü təqribən 10 faiz biruzə verə biləcək. Amma mütləq əksəriyyətin orqanizminə aktiv virus düşsə belə heç bir xəstəlik hiss edilməyəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər