Ermənistan hərbçilərinin bu ölkənin mülki şəxsləri ilə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.
Oxu24.com Ermənistan KİV-nə istinadla xəbər verir ki, itkin erməni hərbçilər Hadrut və Cəbrayılda sabah axtarılacaq. Qeyd edilir ki, Qarabağda bu günə qədər aparılan axtarış işləri zamanı 1 230 erməni hərbçisinin və digərlərinin meyitləri tapılıb.
Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş şəxsərin sayının 3 300 nəfəri ötdüyünü açıqlayıb. Nazirliyin rəsmisi bildirib ki, artıq 3 000-dən çox meyitin ekspertizası aparılıb və onların DNT nümunələri götürülüb.
Qarabağ müharibəsində itkin düşmüş, həlak olmuş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər – itkinlərin qohumları də cəlb edilib. Onlar yerli hakimiyyəti itkinlərin axtarış işlərini ləng aparmasında ittiham edirlər.
Oxu24.com
ŞƏRHLƏR