Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46505
az

“Lotu Quli”nin qətlində ŞOK GƏLİŞMƏ: YAXALANDILAR

22:4714 Yanvar, 2021
3088
KRİMİNAL
  • A

Əgər 2020-ci il sentyabrın 27-də Qarabağda Vətən müharibəsi başlamasaydı şübhəsiz ki, ölkə mətbuatının başlıca gündəm mövzularından biri “Lotu Quli” ləqəbli məşhur “vor zakon” Nadir Səlifovun qətli olacaqdı. Xəbər verildiyi kimi “Lotu Quli” ötən il avqustun 20-də Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnərək öldürülüb. O, hadisə yerindən qaçarkən yaxalanıb.

Oxu24.com  xəbər verir ki, məşhur mafiya liderinin qətlinin sifarişçisi kimi 2016-cı ildə İstanbulda öldürülən digər azərbaycanlı mafioz “Rövşən Lənkəranski”nin klanı hesab edilirdi və mətbuat yazırdı ki, “Lotu Quli”dən məhz onun qətlinə görə qisas alıblar. İstanbul polisi qətl üzrə əməliyyat-istintaq tədbirlərini həyata keçirərək iki Azərbaycan vətəndaşını həbs edib. Bu hadisə Qarabağda müharibənin başlamasından cəmi 3 gün sonraya təsadüf etdiyindən normal olaraq Azərbaycan mediasının diqqətini cəlb etməmişdi.
Saxlanılanlar Əli Mövlanlı və Rəsul Həsənov adlı şəxslərdir. Onlar 2020-ci il oktyabrın 29-da Bakıdan Ukraynaya gedərkən İstanbulda yaxalanıb. Belə görünür ki, həmin vaxt koronavirus pandemiyasına görə Bakıdan Ukraynaya birbaşa reyslər olmadığından şübhəlilər İstanbul üzərindən uçmağa qərar veriblər. İstanbul polsinin mütəşəkkil cinayətkarlıqla və terrorla mübarizə idarəsinin əməliyyatçıları onlar İstanbul aerportuna enən kimi yaxalayıblar. Çünki bu şəxslərin “Lotu Quli” cinayətində əli olduqları barədə polisdə əməliyyat məlumatları olub.

Polis qaynaqlarının bildirdiyinə görə, Əli Mövlanlı və Rəsul Həsənov qətlin planlaşdırılmasında və təşkilində iştirak ediblər. Qətldən təxminən bir saat əvvəl isə Türkiyədən qaçıblar. Onlar cinayətdən bir neçə gün əvvəl Xaqan Zeynalovla görüşüblər, Antalyanın Serik rayonundakı otellərdən birində qalıblar və “Lotu Quli”nin qətlindən bir saat əvvəl təyyarə ilə Türkiyəni tərk ediblər.

X.Zeynalov hələlik sifarişçinin adını çəkmir və “Lotu Quli”ni “xoşu gəlmədiyi üçün öldürdüyünü” deyir. / Virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb