Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edilib.
Oxu24.com Trend-ə istinadən bildirir ki, peyvəndləmə Ankara Şəhər Xəstəxanasında həyata keçirilib.
Dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.
Qeyd edək ki, dünən də Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda peyvənd edilmişdi.
Oxu24.com
ŞƏRHLƏR