Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46473
az

SON DƏQİQƏ! Vüqar Səfərli həbs edilib

15:1614 Yanvar, 2021
3283
SON DƏQİQƏ
  • A

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərliyə cinayət işi açılıb.

Demokrat.az-ın məhkəmədən əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.4-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə maddələri ilə ittiham elan edilib.

Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində cinayət işi açılıb.

Vüqar Səfərlinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı tərəfindən Binəqədi rayon Məhkəməsinə təqdimat verilib.

Təqdimat baxılması üçün hakim Elçin Ağayevin icraatına verilib.

Yaxın saatlarda təqdimata baxılacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məktəbli həbs olundu
Mətanət Qüdsi vəfat etdi
Rüfət Səfərov saxlanıldı

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib