Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4643
az

Dünyanın istənilən yerindən İnternetə qoşula bilərsiniz

21:3220 Avqust, 2018
810
CƏMİYYƏT
  • A
 “Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən İnternetə sürətli qoşulma üçün HH40V portativ marşrutlayıcısını təqdim edib.

Oxu24.com Technote-yə istinadən xəbər verir ki, Qualcomm MDM9207 çipi üzərində qurulan cihaz bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir.

Bundan başqa, marşrutlayıcını simli “Ethernet” texnologiyası vasitəsilə istifadə etmək olar. “Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/san yükləmə sürətinə malik 4G LTE modulu ilə təchiz edilib.

Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/san sürətində paylayır. Daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür.

Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. LTE siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir. “Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 ABŞ dolları təşkil edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyərtəsində 62 nəfər olan təyyarə qəzaya uğradı -VİDEO
Paşinyanın qiymətini gizlətdiyi raketlər: Ermənistana göndərilir
Aralıq dənizində zəlzələ oldu

Dünyanın ən sürətli qatarı: Sürət 1000 km/saat

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya tərəfi hücumun videosun yaydı
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ata həbsdə olan oğluna telefon keçirməkistədi