Bu gün günorta saatlarında Salyan rayonunun Aşağı Kürkənd kəndində Kür çayında boğulma hadisəsi baş verib.
Oxu24.com-un Şirvan bürosunun məlumatına görə, çayın sahilində azyaşlı nəvəsini gəzdirən 1963-ci ildə anadan olmuş Qəmərxanım Nadir qızı Bədəlova qəflətən ayağı sürüşərək Kür çayına düşərək boğulub.
Onun cəsədi ətrafdakı adamların köməkliyi ilə sudan çıxarılsa da artıq gec olub.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR