Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
464
az

Bankomat soyularkən mühafizəçi nə etməli idi? - EKSPERT DANIŞIR

16:1510 Aprel, 2018
2032
HÜQUQ
  • A
 Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Vergilər Nazirliyi yaxınlığındakı "Kapital Bank” bankomatını iki nəfər "laqonda” ilə yararaq 173.000 manat pul oğurlayıb. Üzlərində əleyhqaz (Respirator) olan oğrular mühafizəçinin "burda nə edirsiniz" sualına soyuqqanlılıqla, "Sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq", deyərək mühafizəçini aldatdıqdan sonra, işlərini davam etdiriblər.
 
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bankomatlarda təhlükəsizliyin təmin edilməsi və belə hallarda mühafizəçilərin yerinə yetirməli olduğu vəzifələrlə bağlı Qaynarinfo-ya açıqlama verib. O, bankomata müvafiq bankın nümayəndəsi olmadan kənar müdaxilənin yolverilməz olduğunu bildirib. Ekspert həmçinin bankomatı soymağa gələn oğruların hər şeyi gözə ala biləcəyini və belə hallarda təhlükələrdən qorunmaq üçün mühafizəçilərin müvafiq qaydalara riayət etməli olduqlarını diqqətə çatdırıb:

"Biri var bankomata fiziki müdaxilə etmədən, müəyyən əməliyyatlar aparmaqla oradakı pulu mənimsəmək. Yəni, kibercinayətkarlıq. Belə olduğu təqdirdə demək bankın təhlükəsizliyində müəyyən nöqsanlar var. Bir də var fiziki olaraq, yəni kəsici-deşici alətlərdən, qaynaq aparatından, laqondadan istifadə edərək bankomat aparatını kəsib, oranı soymaq.
 
Bankomatlar qoyularkən onların kənar müdaxilələrdən qorunmasını da nəzərə almaq lazımdır. Yəni fikir vermisinizsə, bankomatlar əsasən insanların çox olduğu yerlərdə, gecə vaxtlarında da ərazinin işıqlı yerlərində, otellər, ticarət mərkəzləri, mehmanxanalar və s. yerlərdə qoyulur. Bankomatların ərazi ürzə polis bölmələrinə yaxın yerlərdə qoyulması da məqsədəuyğun olardı. Çünki bankomatlarda siqnalizasiya sistemi var ki, hər hansı kənar müdaxilə olarsa, avtomatik olaraq həyacan siqnalı işə düşür və məlumat birbaşa mərkəzə ötürülür. Ona görə də bankomatları soymaq istəyənlərin əsas məqsədi işini görüb, tez ərazidən uzaqlaşmaq olur.

Ticarət mərkəzləri və digər iaşə obyeklərində də bankamatlar var. Oranın mühafizəçisi, yaxud inzibati işçiləri bilməlidirlər ki, bankomatlara kənar müdaxilə yolverilməzdir. Əgər hər hansı dövlət idarəsindən və ya özəl şirkətdən gəlib bankamata baxış keçirmək istəyirlərsə, yaxud texniki xidmət, servis işləri görüləcəksə, mütləq onların yanında bankomatın məxsus olduğu bankın nümayəndəsi də olmalıdır. Əgər kənar müdaxiləni görürsə və orada bankın nümayəndəsi yoxdursa, aidiyyəti üzrə məlumat verməlidir.

Nəzarətçi, yaxud digər işçilər bankomata kənar müdaxilə edəni görərlərsə, bir az həssas yanaşmalıdırlar. Çünki hadisəni törətmək istəyən şəxs hər şeyi gözə alıb. Üzərində göz yaşardıcı qaz balonu, eketroşok aparatı və s. ola bilər və sizə xəsarət yetirər. Dərhal ərazi üzrə hüquq-mühafizə orqanına məlumat vermək və rahat qaçması üçün şəraiti əngəlləmək lazımdır".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən qanunsuz istifadə edənləri nə gözləyir?
Sınaq müddəti neçə ay olur? - HÜQUQİ YARDIM 
Bizi hansı hallarda inzibati tənbeh gözləyir? - HÜQUQİ YARDIM 

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi