Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46364
az

Naxçıvanla bağlı tarixi hadisə – ƏRDOĞAN QƏRARINI VERDİ…

21:3512 Yanvar, 2021
3120
  • A

“Məlum olduğu kimi, bu il, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Düşünürəm ki, bu sənəd Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. O bildirib ki, artıq qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar da verib:

“Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Məlum olduğu kimi, buna qədər İran ərazisindən qaz tədarük edən Naxçıvan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək. Ümumiyyətlə, 44 günlük müharibədən sonra əldə etdiyimiz qələbənin real iqtisadi nəticələrini hələ önümüzdə duran illərdə görəcəyik.

Bu prosesdə tarixi ərazilərimizdən olan Naxçıvanın özünəməxsus rolunun olacağı danılmazdır. Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhliz vasitəsilə Türkiyəyə quru yolunun açılması və əks istiqamətdə də, Türkiyədən Azərbaycana və Xəzər dənizi üzərindən uzaq şərqə geniş iqtisadi imkanları açılır. Bu səbəbdən də, həmişə dövlətimizin diqqət mərkəzində olan Naxçıvanın və ümumilikdə ölkəmizin enerji təhlükəsizliyi və istilik təchizatı baxımından hazırki prosesi çox yüksək dəyərləndirmək lazımdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
Rusiya bu ölkənin 99 vətəndaşına qadağa qoydu
Polşada dəhşətli PARTLAYIŞ: 6 nəfər xəsarət aldı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM