Bir müddətddir, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəni əvvəlki qədər aktiv və mətbuata açıq görmürük. Hətta sosial şəbəkələrdə şeyxin xəstələnməsi ilə bağlı xəbərlər də dolaşmaqdadır.
Sfera.az məsələni araşdırmaq üçün şeyxin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayıb. Deputat bildirib ki, qardaşının səhhəti normaldır, hər şey yolundadır:
"Şeyxin səhhətində heç bir problem yoxdur, hər şey öz qaydasındadır. O öz işlərində həmişə olduğu kimi indi də aktivdir. Hazırda ölkəyüklü bir məsələnin işıqlandırılması ilə bağlı xarici ölkələrlə danışıqlar aparır".
Qeyd edək ki, Allahşükür Paşazadə ən son 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü xalqı təbrik edib. Ondan əvvəlki ayda, eləcə də yeni ildən etibarən şeyxdən səs-soraq yoxdur.
ŞƏRHLƏR