Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46319
az

Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə

12:4712 Yanvar, 2021
2322
CƏMİYYƏT
  • A

"Sərt karantinin yumşalması situasiyaya uyğun həyata keçirilməlidir. Bu vaksinasiya və ya digər situasiyalara bağlı deyil. Ümumi kollektiv immunitetin yaranmasına əmin olduqdan sonra karantin qaydaları daha da yumşaldıla bilər".

Bu sözləri BAKU.WS-ə Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib

Onun sözlərinə görə, hazırda yumşalmalar əslində xeyli insanın yoluxmasına bağlıdır. Xeyli sayda şəxs yoluxub, xəstələnib, ona görə xəstə sayı azalıb:

"Vaksinasiya başlayandan sonra onun 42-ci günündə immunitet formalaşır. Əgər biz vaksinasiyaya başlayırıqsa, bir ay yarımdan sonra rejimi tamamilə yumşalda bilərik. Artıq immunitetin başlamasını nəzərə alaraq vaksinasiyanın nə qədər insanı əhatə etməsi önüəmlidir. Bu səbəbdən məsələlər situasiyaya uyğun həll edilməlidir.

Ayrı-ayrı sahələrə qoyulan qadağalar da bu formada aradan götürülməlidir. Müxtəlif mağazaların, məişət üçün tələb olunan iaşə müəssisələri və s. açılması qüvvədə ola bilər. Hər-halda buna ayın 18-dən sonra baxılacaq.

Hesab edirəm ki, məktəblərin açılması mart və aprel aylarında reallaşa bilər. Böyük Britaniya və Avropa ölkələrində da bu tarixlərdə proqnozlaşdırılır.

Yoluxma sayını stabil saxlamaq üçün addımlar ancaq karantin davranışlarına əməl etmək, vaksinasiya və digər proflaktik vasitələrə düzgün və isti yanaşmaq və anti-təbliğat aparmamaqdan ibarətdir. Bütün bunları elədikcə artıq yavaş-yavaş virusun yoxa çıxmasını görə, yoluxmaların ara-sıra qeydə alınmasını müşahidə edə bilərik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər