Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46317
az

Azərbaycanda 65-dən yuxarı şəxslərin avtobusdan istifadəsinə qadağa ilə bağlı AÇIQLAMA

11:4412 Yanvar, 2021
2265
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Türkiyədə 20 yaşdan aşağı, 65 yaşdan yuxarı insanların ictimai nəqliyyatdan istifadə etməsinə qadağa qoyulub. Qərar 15 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Məlumatı İstanbul Şəhər Bələdiyyəsi yayıb. Azərbaycanda da bu qərarın qəbul edilməsi gözlənilirmi?

Bununla bağlı Sonxeber.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu gün yoluxma sayını azaltmaq üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ayrı-ayrı metodlardan istifadə edirlər:

"Bu isə müxtəlif qərarların qəbul edilməsində özünü göstərir. Türkiyədə də yoluxma sayının artmaması üçün müxtəlif metodlardan istifadə edilib.

Hazırda Azərbaycanda tətbiq edilən sərt karantin rejimi daha uyğundur. Belə bir yaş məhdudiyyəti ilə bağlı qərarın qəbul edilməsinin tərəfdarl deyiləm. Hesab etmirəm ki, bu metod effektiv olacaq. Bu cür addmın atılması üçün vəziyyət təhlil edilməlidir. Nə qədər səmərəli olacağı nəzərdən keçirilməlidir. Bu cür qərarı qəbul etmək üçün biz təyin etməliyik ki, nə qədər 20 yaşdan yuxarı və 65 yaşdan aşağı vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə edirlər. Hesab edirəm ki, bu yaş kataqoriyasında olub, ictimai nəqliyyatdan istifadə edən insanlar azdır. Bu qərarın qəbul edilməsini doğru hesab etmirəm. Bu gün tətbiq edilən karantin rejimi tam məqsədə uyğundur. Əgər gələcəkdə ehtiyac yaransa, bu məsələ nəzərdən keçirilə bilər. Belə qərarların qəbul edilməsi ölkədən ölkəyə dəyişə bilər. Hər bir dövlət vətəndaşını bu virusdan qorumaq üçün fərqli metodlardan istifadə edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Azərbaycana uçuşlar qismən dayandırıldı
120 nəfər öldü - Təyyarə qəzası
Məzənnələr açıqlandı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır