Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46260
az

Kimlər tibbi sığorta haqqı ödəməkdən azaddır?

18:4911 Yanvar, 2021
1515
CƏMİYYƏT
  • A

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimlərin icbari tibbi sığorta haqqı ödəməkdən azad olunacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentlikdən Sfera.az-a bildirilib ki, "Tibbi sığorta haqqında” qanununun 15-10-cu maddəsinə əsasən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu ilin 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılıb.

Qeyd olunub ki, qanuna əsasən yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır: "Hazırda digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Digər şəxslərə heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər aid edilir. Əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qırmızı kürü ikiqat bahalaşdı
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib

Qaraciyəri xəstə olanlara ŞAD XƏBƏR: Həkim elə fakt aşkarladı ki...

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır