Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4626
az

General Elçin Quliyev Ali Məhkəməyə müraciət edib

10:3120 Avqust, 2018
1432
KRİMİNAL
  • A
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev məhkəmə qərarından kasasiya şikayəti verib.
Elçin Quliyev və Azər Mehdiyevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə təqdim olunub.

Şikayət hakim Fərhad Əliyevin icraatına verilib. Yaxın günlərdə hər iki şəxsin şikayətinin araşdırılması üçün məhkəmənin vaxtı açıqlanacaq.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.

Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib.

Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib.

Bakı Hərbi Məhkəməsinin hökmünə görə, Elçin Quliyevin general rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin mülki iddiasını təmin edilməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.

Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü