Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46242
az

100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

14:1011 Yanvar, 2021
3074
REDAKTORUN SEÇİMİ
  • A

"Artıq bir ildən çoxdur ki, bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə qarşılaşıb. Ölkənin pandemiya şəraitindən az itki və minimum ziyanla çıxması istiqamətində bir çox əhəmiyyətli və sosial tədbirlər həyata keçirilib. Müəyyən dönəmlərdə artma və azalmalarla bərabər, ümumilikdə Azərbaycan, həqiqətən, bu problemin öhdəsindən gələ bilmişdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, hazırda dünya pandemiya ilə mübarizədə vaksinlərin tətbiqi mərhələsinə başlayıb. Vaksinlərin tətbiqi böyük bir ölçüdə yaxşılaşmaya doğru aparacaq:

 

"Rəqəmlər azaldıqdan və ya virus tamamilə yox olduqdan sonra digər dünya ölkələri kimi, Azərbaycan da pandemiyadan əvvəlki həyat tərzinə qayıdacaq. Lakin artıq azalmalar böyük ölçüdə olduqdan sonra bu günə qədər tətbiq edilən məhdudlaşma və sərtləşmələr aradan götürülməlidir. Zamanla biz bununla artıq rastlaşmışıq.

Pandemiyadan əziyyət çəkənlərin sayı azaldığı zaman yumşalmalara, çoxaldığı zaman isə sərtləşməyə getmişdik. Bu isə tamamilə adekvat addım idi. Bundan sonra da bu tədbirlər görüləcək. Əhalinin sərbəst hərəkəti, iş yerlərinin açılması, insanları daha çox düşündürən toy mərasimlərinin və yas məclislərinin keçirilməsi qaydalarına bir daha baxıla bilər və baxılacaqdır".

 

Deputat əlavə etdi ki, bu istiqamətdə qərarları, əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Burada gündəlik statistika və epidemioloji vəziyyət nəzərə alınır: "Hələlik hansısa konkret addım barədə danışmaq tezdir. Amma gözlənilən budur ki, yumşalmalara gediləcək. Bir vacib məsələni qeyd edim ki, pandemiyadan əvvəl də bizim ziyalılarımız və söz sahibi olan insanlarımız mərasimlərimizlə bağlı tənqidi fikirlər səsləndirib. Həddindən artıq ifrat və israfçılığa yol vermək daim tənqid olunub. Adət və ənənələrimizə yad olan elementlərin mərasimlərə daxil edilməsi qəbuledilməz sayılıb. Yəqin ki, bir il ərzində həyata keçirilən məhdudlaşma və tam qadağalar bundan sonra həmin mərasimləri nəzərdən keçirib məhdud formada reallaşdırmağımıza şərait yaradacaq.

 

Pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar. Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq.

Əgər azalma olarsa, virus tamamilə yox olmağa doğru gedərsə, 400-500 nəfərlik saylarla toyların keçirilməsi məqsədəuyğun deyil. Çünki əsasən yoluxmalar yas mərasimləri və çox sayda insanların birgə olduğu yerlərdən baş vermişdi.

Düşünürəm ki, pandemiyadan sonra 50, 70, 100 nəfərlik məclislərin qurulması daha məqsədəuyğun olacaq. Verilən qərardan asılı olaraq bu say daha çox və ya nisbətən çox da ola bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Azərbaycana uçuşlar qismən dayandırıldı
120 nəfər öldü - Təyyarə qəzası
Məzənnələr açıqlandı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır