Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46228
az

SON DƏQIQƏ! Paşinyan etirazçıların əlindən qaçdı

10:2511 Yanvar, 2021
2196
DÜNYA
  • A
Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Oxu24.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, ölkə müxalifətinin bəzi fəalları hökumət başçısının Moskvaya səfərinə mane olmağa çalışıb. Məlumata görə, etirazçılar “Zvartnots” hava limanına gedən yolu bağlayaraq müxtəlif şüarlar səsləndiriblər. “Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - aksiya iştirakçılarından biri söyləyib. Daha sonra etirazçılar aksiyanın yekunlaşdığını elan ediblər və hava limanına gedən yolu açıblar. Bundan sonra baş nazir aeroporta çatıb və Moskvaya yola düşüb. Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harris kampaniyası 100 milyon dollar toplayır
Ukraynanın Moldovadakı səfiri respublika ilə sərhədi bağlamamağa çağırıb
İvanişviliyə qarşı terror aktının hazırlanması araşdırılır

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü