ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum olub.
Oxu24.com -un “Sözçü”yə istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, təxminən 05:00 radələrində baş verib.
Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar.
Səfirliyin 6 saylı qapısı qarşısında baş verən hadisədə 5-6 dəfə silah səsləri eşidilib və güllələrdən biri binanın dam örtyünə dəyib.
Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.
Oxu24.com
ŞƏRHLƏR