Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Həsənabad kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq dirəyə çırpılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin travmaları alan 30 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb. O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR