İngiltərənin Ridipandi kəndində maraqlı hadisə qeydə alınıb.
Oxu24.com xəbər verir ki, otlayan qoyunlar narkotik maddə yeyiblər və kəndi bir-birinə qatıblar.
Kənd nümayəndəsi Riçard bildirib ki, qoyunlar kəndə ciddi ziyan vurublar:
"Qoyunlar küçələrdə o yana bu yana qaçışır, baxçalara girir. Hətta biri evə girərək evi dağıdıb".
Ehtimal edilir ki, qoyunlar yaxınlıqda olan qeyri-qanuni bir zavoda aid narkotik maddə qalıqlarını yeyiblər. Hadisənin təkrarlanmaması üçün polisə müraciət edilib. Oxu24.com
ŞƏRHLƏR