Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46199
az

BUNU BİLƏNDƏN SONRA TELEFONU ÖZÜNLƏ HEÇ VAXT TUALETƏ APARMAYACAQSAN! - MÜTLƏQ OXU!

11:1210 Yanvar, 2021
7255
MARAQLI
  • A

Hər bir müasir insan telefona hava və su kimi ehtiyac duyur. Həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonları bir an belə olsun əlimizdən kənara qoymaq istəmirik. Yuxudan duranda da, yemək yeyəndə də, işləyəndə, yolda gedəndə, hətta yatanda belə telefondan ayrılmırıq.

Ən maraqlısı və dəhşətlisi isə bu texnologiyanın özünə tualetdə də yer etməsidir. Bəli, artıq tualetdə mesajlaşmaq çoxları üçün adi hal alıb. Çünki zərərli vərdişlər daha tez və daha asan başa gəlir, nəinki faydalı!

Oxu24.com  xarici mətbuata istinadən xəbər verir ki, tualetdə telefondan istifadə etmək nəinki qəribə, eyni zamanda çox zərərli vərdişdir.

Bunu Biləndən Sonra Telefonu Özünlə Heç Vaxt Tualetə Aparmayacaqsan!

Gigiyena riayət olunması

Tualetdə telefon istifadə edən insan orada lazım olduğundan daha çox vaxt keçirəcək. Amma bu vərdişin zərərli tərəfləri sadəcə həyatın bir neçə qiymətli dəqiqəsinin itirilməsi ilə bağlı deyil.
Gigiyena üzrə mütəxəssis və doktor Liza Əsgərlinin sözlərinə görə, smartfon telefonları ayaqyoluna özü ilə aparan şəxs yüksək ehtimalla zəhərli bağırsaq infeksiyasına yoluxacaq. O, bildirib ki, əgər mütəmadi olaraq tualetdə telefon istifadə edirisinizsə, onda gigiyenik proseduralardan sonra əlləri yumaq heç bir rol oynamayacaq: "Gigiyenik qaydalar əhəmiyyəti əvəzedilməzdir. Bu qanunu pozmaq isə dəhşətli əziyyətlərə bərabərdir. Çünki patogen mikroorqanizmlər təkcə əl dərisində qərarlaşmır, onlar istənilən yerdə sərbəst yaşayır. Telefonun ekranı isə mikrobların rahat yaşaması üçün münbit, gözəl və isti yerdir. Telefonla danışaraq onu üzə tutur və belə dəriyə zərər vermiş oluruq. Hətta yemək zamanı da tez-tez telefon istifadə edirik. Bu zaman ekranda özünə əməlli-başlı yuva quran xoşagəlməz mikroblar fəaliyyətə keçir. Zərərli bakteriyalara yoluxmanın nəticələri acınacaqlı ola bilər. Spazmalar, ürəkbulanma, qusma, mədə pozğunluğu və s. Hətta Salmonelli bakteriyası bəzi hallarda ölümə gətirib çıxara bilər. Odur ki, tualetdə, xüsusilə adamların çox olduğu ictimai yerlərdə telefondan istifadə vərdişini tərgitmək lazımdır. Smartfon və ya planşetin ekranını vaxtaşırı olaraq dezinfeksiyaedici vasitələrlə təmizləmək faydalı olacaq. Spirtlə və ya sirkəyə azca batırılmış pambıqla telefonu ehmalca təmizləyin. Ekranın təmizləməsi nəmli salfetlərlə də mümkündür".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama
Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT
Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır