Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46195
az

Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşüb - FOTO

10:1910 Yanvar, 2021
4939
DÜNYA
  • A

44 günlük müharibə dövründə Ermənistan tərəfindən Qarabağa xeyli sayda muzdlu döyüşçünün gətirilməsi barədə kifayət qədər sübutlar var. Lakin ermənilər real faktları inkar edərək, hər vəchlə bu xəbərləri danırlar.

Artıq müharibə bitib və xaricdə yaşayan ermənilər indi qapı-qapı gəzərək öz itkinlərini axtarırlar.

Sfera.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində itkin düşməsi barədə məlumat paylaşılan xarici ölkə vətəndaşlarından biri Maral Nadjaryandır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlib.

Məlumata görə, Nadjaryan Şuşa şəhərində itkin düşüb.

"Fotodakı şəxs livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal edilir ki, hazırda əsirdir. Müharibə vaxtı Maral "vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, - deyə Armin Danielyan adlı erməni bildirib.
 
(azvision.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi
Ermənistanda Rusiyanın 102-ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb