Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46164
az

SON DƏQİQƏ! Baş nazir bir neçə mühüm sərəncam imzaladı

17:2209 Yanvar, 2021
5158
SİYASƏT
  • A

Maliyyə Nazirliyinə bu il yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Oxu24.com -un  xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi COVID-19 pandemiyasına qarşı mübarizə üçün nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat ayrılması nəzərdə tutulub.

***

Maliyyə Nazirliyinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulmuş vəsaitin ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Oxu24.com -un  xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb. 

Sərəncama əsasən, Maliyyə Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulan vəsaitin bölgüsü barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün 1 044 728 700,0 manat vəsait ayrılması nəzərdə tutulub. 

***

2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.

Oxu24.com -un  xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev misirli həmkarını təbrik etdi
Azərbaycan səfiri İran XİN-də olub
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü