Rusiyanın Leninqrad vilayətində yerə çırpılan təyyarənin qəzadan əvvəl havada digər təyyarə ilə toqquşduğu məlum olub.
APA-nın məlumatına görə, bu barədə TASS-a Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğundan bildirilib.
“İlkin məlumata görə, “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper” təyyarəsi onun ardınca uçuş edib. Təyyarələr uçuş zolağı üzərində havada toqquşub. Yüngül mühərrikli “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib. İnsident nəticəsində “Cessa”nın pilotu zərər çəkməyib”, - deyə məlumatda bildirilir..
Prokurorluqdan “Piper” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyiblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR