Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib. Onu hazırda psixoloji dəstək aldığı deyilir.
Sosial şəbəkələrdə yeniyetmənin sevgilisi ilə qaçdığı deyilirdi.
Oxu24.com xəbər verir ki, bununla bağlı Sonxeber.az-a itkin düşmüş qızın qardaşı Vüqar Əziz açıqlama verib:
"Bu barədə mən paylaşım etmişdim ki, böyük ehtimal kiminsə yanındadır. Bu sadəcə ehtimal idi. Yəni düşünmüşdüm ki, yəqin danışdığı ola bilər, müəyyən vədlər əsasında onu kimsə evdən çıxarda bilər. Fikirləşdim ki, gün ərzində bacım küçədə tək qala bilməz. Bu səbəbdən mən bu ehtimalı bacımı axtaranda qeyd etmişdim. Hazırda istintaq davam edir. Bu çox güman ki, mövzu deyil. Bacımın sevgilisi olmayıb".
Həmçinin itkin qızın anası Elnarə Şahbazova da danışıb. O, qızının evdən getmə səbəbini bölüşüb:
"Mən onlayn dərslərə girmirdi deyə Ləmanı danlamışdım. O da bayramla əlaqəli nənəsigildə idi. Qızımın özünün mobil telefonu yoxdur. Qızım incidiyini çörək almağa gedərkən rəfiqəsinə başqa telefonla xəbər edib. Rəfiqəsi də ona xəbər edib ki, marşuruta min gəl bizə. Düzdür həmin ailə mənə vaxtında xəbər vermədi, amma övladıma baxıblar. Səbəb küsüb getmək olub. Həmin ailə özü polisə xəbər verib ki, uşaq bizdədi. Yazıblar ki, ana uşağından imtina edib".
Oxu24.com
ŞƏRHLƏR